Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Xəbərlər » Xəbərlər » Elmar Məmmədyarov: “Azərbaycan Suriyadakı vəziyyətdən dərin narahatlıq keçirir”
16.11.12 21:12

“Bu gün İslam Ümməti çoxsaylı çağırış və əngəllərlə üzləşib”. “KƏLAMİNFO” xəbər verir ki, bu barədə Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov İslam Əməkdaşlıq Təşkilatının Xarici İşlər Nazirləri Şurasının 39-cu Sessiyasında çıxışı zamanı bildirib. O qeyd edib ki, Yaxın Şərq regionunda son hadisələr qlobal siyasətin əsas və həlli təcili olan məsələlərdən birinə çevrilib. Təəssüflər olsun ki, davam edən münaqişələr və müharibələr insanların ağrı-acılarını daha da dərinləşdirir və nəticədə minlərlə mülki vətəndaş həlak olur və çoxsaylı insanlar öz doğma yurd-yuvalarını tərk etmək məcburiyyətində qalır: “Bu istiqamətdə, biz Azərbaycanda Suriyadakı vəziyyətdən dərin narahatlıq keçiririk. BMT Təhlükəsizlik Şurasının üzvü kimi Azərbaycan Suriyadakı vəziyyətə ən yüksək məsuliyyət hissi ilə yanaşıb. Beynəlxalq ictimaiyyətlə birgə Azərbaycan hazırkı böhranın suriyalıların özlərinin iştirakı ilə aparılan siyasi proses vasitəsilə həlli üçün konstruktiv yanaşmasını davam etdirməyə hazır olduğunu bildirir və Suriyanın suverenliyi və ərazi bütövlüyünə güclü dəstəyini vermək əzmində olduğunu bir daha bəyan edir. Bundan əlavə, Suriyada zəngin tarixi mirasa malik çoxlu sayda mühüm İslam mədəni abidələri və yerləri mövcuddur. Biz, həmçinin bu kimi yerlərin dağıdılmasının qarşısını almaq istiqamətində səylərimizi davam etdirməli və mədəni irsin gələcək nəsillər üçün qorunub saxlanılmasına nail olmalıyıq”.
URL / WWW
http://kelam.az/news/a-7188.html