Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Xəbərlər » Xəbərlər » Obama: “Şikayət və müzakirələr üçün vaxt bitdi”
16.11.12 21:12

Vaşinqtonda ABŞ Konqresi büdcə kəsirini müzakirəyə çıxarır. İlin sonunda qüvvəyə minəcək vergi artımı və xərclərin azaldılmasını nəzərdə tutan “maliyyə uçurumu” adlı planla bağlı Konqresdəki tərəflər öz mövqelərində qətiyyətlə dayanmağa çalışır. “KƏLAMİNFO” “Qolos Amerika”ya istinadən xəbər verir ki, ABŞ prezidenti Barak Obama bütün fikirlərə açıq olduğunu, lakin ölkənin borclarının azaltması üçün iqtisadi xərclərin azaldılmasını yeganə çıxış yolu görən planı qəbul etməyəcəyini bildirib. “Biz tərəqqiyə gedən yolumuzu kəsə bilmərik. Əgər biz defisitin azaldılmasında maraqlıyıqsa, iqtisadi xərcləri gəlirlərlə birlikdə azaltmalı, zəngin amerikalılardan daha çox vergi ödəmələrini istəməliyik” - deyə prezident Obama bildirib. Respublikaçılar zənginlərin vergilərinin artırılmasının kütləvi işsizliklə nəticələnəcəyini bildirir. Prezidentdən bir saat öncə nitq söyləyən respublikaçıların konqresdəki lideri Con Bayner ümumi vergi islahatlarının bir hissəsi kimi bəzi gəlirlərin artırılmasını dəstəkləyəcəyini bildirib. Lakin Bayner fikir ayrılıqlarının həlli üçün müzakirələrin möhlətini uzatmaq istədiyini deyib. “2013-cü il vergi islahatları və hüquqi islahatlar yolu ilə borc problemini həll edəcəyimiz il olmalıdır. Biz “maliyyə uçurumu”nun qarşısını birlikdə almaqla, 2013-cü ildə hökumətin üzləşdiyimiz əsas problemləri həll etməsinə yol açmalıyıq” - deyə Bayner bildirib. Əgər Konqres ölkənin 16 trilyon dollarlıq borcunu azaltmaq üçün plan hazırlaya bilməsə, birbaşa vergi artımı, hərbi və daxili xərclərin kəskin azaldılması yanvarın ayının 1-də qüvvəyə minəcək. Bir neçə ay davam edən təbliğatdan sonra vergi ixtisarlarının yalnız zəngin amerikalılar üçün tətbiq olunmayacağını bildirən prezident Obama “şikayət və müzakirələr üçün vaxtın bitdiyini söyləyib”. “Heç kəs, nə respublikaçı, nə də demokratlar 250 000 dollardan az gəliri olanlar üçün vergilərin artırılmasını istəmir. Buna görə də gəlin gözləməyək. Hətta biz daha geniş iqtisadi kəsiri azaltmaq paketini müzakirə etsək belə, gəlin orta sinfin vergi güzəştlərini uzadaq, gəlin bunu indi edək” - deyə ABŞ prezidenti bildirib.
URL / WWW
http://kelam.az/news/a-7183.html