Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Xəbərlər » Xəbərlər » Prezident BVF-nin Departament direktorunu qəbul edib
16.11.12 15:00

Prezident İlham Əliyev bu gün Beynəlxalq Valyuta Fondunun Yaxın Şərq və Orta Asiya ölkələri Departamentinin direktoru Masud Əhmədin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib. “KƏLAMİNFO” xəbər verir ki, görüşdə Azərbaycan ilə Beynəlxalq Valyuta Fondu arasında əlaqələrimizin uğurlu inkişafından məmnunluq ifadə olundu, əməkdaşlığımızın gələcək perspektivləri ilə bağlı məsələlər müzakirə edilib. Görüşdə, həmçinin ölkəmizdə bazar iqtisadiyyatı istiqamətində həyata keçirilən islahatların və makroiqtisadi sabitliyin təmin olunmasının önəmi vurğulanıb, Azərbaycanın prioritet elan etdiyi informasiya-kommunikasiya texnologiyaları, turizm, kənd təsərrüfatı sahələrinin daha da inkişaf etdirilməsi ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
URL / WWW
http://kelam.az/news/a-7181.html