Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Xəbərlər » Xəbərlər » Mərkəzi Kəşfiyyat İdarəsinin keçmiş rəhbəri Obamanı təəccübləndirib
14.11.12 19:23

ABŞ prezidenti Barak Obamanın Mərkəzi Kəşfiyyat İdarəsinin rəhbəri vəzifəsindən istefa verən Devid Petreusun nikahdankənar münasibətini öyrəndiyi zaman təəccübləndiyi bildirilir. “KƏLAMİNFO” TRT-yə istinadən xəbər verir ki, Ağ Ev sözçüsü Cey Qarni Obamanın Petreusla bağlı məlumatlandırıldığı zaman təəccübünü saxlaya bilmədiyini deyib. Qarni Obamanın xidmətləri üçün Petreusa minnətdar olduğunu bildirib. Ağ Ev sözçüsü Obamanın Petreusun sevgilisi Paula Brodueldən təhdid mesajları aldığını iddia edən Cil Kelli ilə normal olmayan münasibət qurduğu üçün haqqında istintaq başladılan general Con Alana güvəndiyini qeyd edib. Qarni bildirib ki, Obama Alanın çox gözəl iş görməkdə olduğunu və gördüyünü düşünür.
URL / WWW
http://kelam.az/news/a-7173.html