Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Xəbərlər » Xəbərlər » Klintonu Suzan Rays əvəz edə bilər
14.11.12 19:23

ABŞ-da Barak Obamanın dövlət katibi vəzifəsinə kimi təyin edəcəyi məsələsi müzakirə edilir. “KƏLAMİNFO” BBC-yə istinadən xəbər verir ki, bu vəzifə üçün iki nəfərin adı çəkilir - senator Con Kerri və ABŞ-ın BMT-dəki daimi nümayəndəsi Suzan Rays. Ancaq ABŞ mətbuatı Raysın şansının daha yüksək olduğunu yazır. Raysın İran və Şimali Koreya məsələlərində təsirli və konstruktiv rol oynamasının və Obamaya yaxınlığının bu təyinatda mühüm rol oynayacağı bildirilir. Kerrinin isə müdafiə naziri vəzifəsinə gətirilə biləcəyi vurğulanır. Mətbuatın iddiasına görə, Klinton ABŞ-ın ilk qadın prezidenti olmaq istəyir və 2016-cı ildə namizədliyini verməyə hazırlaşır. Bu səbəbdən də Klintonun bir müddət vəzifədən uzaqlaşmaq istədiyi bildirilir.
URL / WWW
http://kelam.az/news/a-7172.html