Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Xəbərlər » Xəbərlər » Obamanın yenidən seçilməsində qadın seçicilərin böyük rolu olub
14.11.12 19:21

ABŞ-da prezident seçkisində Amerika qadınlarının 55 faizi prezident Obamaya səs verib. Qadınların çoxu Mitt Romninin mənsub olduğu Respublikaçılar partiyasının siyasətindən razı olmayıb. “KƏLAMİNFO” “Qolos Amerika”ya istinadən xəbər verir ki, evli qadınların 53 faizinin Mitt Romniyə səs verməsinə baxmayaraq, həm tək, həm də evli qadınların böyük hissəsi Obamaya səs verib. Seçkilərdə qadın namizədlər də yaxşı nəticələr əldə edib. Senata 20 qadın seçilib, bu yerlərin üçdə biri deməkdir. Lakin Massaçusets ştatından seçilmiş demokrat Elizabet Uorren qadınların sayının daha çox olmasını arzulayır: “Gəlin ciddi danışaq, 2012-ci ildə Birləşmiş Ştatlar Senatına 20 qadın seçilib. Bu, o qədər də böyük rəqəm deyil”.
URL / WWW
http://kelam.az/news/a-7169.html