Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Xəbərlər » Xəbərlər » Prezident Almaniya Xarici İşlər Nazirliyinin dövlət nazirini qəbul edib
14.11.12 16:05

Prezident İlham Əliyev bu gün Almaniya Federativ Respublikasının Xarici İşlər Nazirliyinin dövlət naziri xanım Karolina Piperin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib. “KƏLAMİNFO” xəbər verir ki, xanım Karolina Piper Almaniyanın xarici işlər naziri Guido Vestervellenin salamlarını dövlət başçısına çatdırıb. Karolina Piper Azərbaycan müstəqillik əldə etdikdən sonra Almaniyanın ölkəmizi daim dəstəklədiyini vurğulayıb. Azərbaycana ilk dəfə səfər etdiyini deyən qonaq səfər zamanı Alman-Azərbaycan Xarici Ticarət Palatasının yaradılmasından məmnunluğunu ifadə edib. O, Almaniyanın xarici ticarət palatasının regionda ilk dəfə Azərbaycanda açılmasının əhəmiyyətini yüksək qiymətləndirib.Dövlət başçısı Alman-Azərbaycan Xarici Ticarət Palatasının yaradılmasını ölkələrimiz arasında əməkdaşlığın yaxşı göstəricisi kimi dəyərləndirib. Prezident İlham Əliyev Azərbaycan və Almaniya iş adamlarının qarşılıqlı fəaliyyəti, birgə layihələrin həyata keçirilməsi baxımından ticarət palatasının önəmini qeyd edib. Dövlət başçısı ticarət palatasının uğurla fəaliyyət göstərəcəyinə ümidvar olduğunu bildirib. Görüşdə ölkələrimiz arasında əməkdaşlığın sənaye, enerji, sərmayə qoyuluşu, təhsil, turizm və digər sahələrdə inkişaf etdirilməsi ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparılıb. Prezident İlham Əliyev xarici işlər naziri Guido Vestervellenin salamlarına görə minnətdarlığını bildirib, onun da salamlarını Almaniyanın xarici işlər nazirinə çatdırmağı xahiş edib.
URL / WWW
http://kelam.az/news/a-7167.html