Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Xəbərlər » Xəbərlər » Prezident Əhmədli qəsəbəsində 14 nömrəli şəhər poliklinikasının açılışında iştirak edib
08.11.12 20:36

Prezident İlham Əliyev bu gün Bakının Xətai rayonunun Əhmədli qəsəbəsində 14 nömrəli şəhər poliklinikasının açılışında iştirak edib. “KƏLAMİNFO” xəbər verir ki, ötən il aprelin 1-də prezident İlham Əliyev Əhmədli qəsəbəsinin sosial-iqtisadi inkişafı ilə bağlı həyata keçirilən işlərlə tanış olarkən burada yeni poliklinikanın tikilməsinə dair tapşırıqlarını vermişdi. Dövlət başçısının 2011-ci il 1 aprel tarixli sərəncamı ilə bu tibb müəssisəsinin inşası üçün 1,5 milyon manat vəsait ayrılmışdı. Əhmədli qəsəbəsinə gələn Prezident İlham Əliyev poliklinikanın əvvəlki və hazırkı vəziyyətini əks etdirən şəkillərdən ibarət stendə baxıb. Xətai Rayon İcra Hakimiyyətinin başçısı Razim Məmmədov məlumat verib ki, poliklinikanın 780 kvadratmetrlik əvvəlki binası sakinlərin tələblərinə cavab vermirdi. Səhiyyə ocağının müasir memarlıq üslubunda inşa olunmuş üçmərtəbəli yeni binasının sahəsi isə 3,6 min kvadratmetrdir. Prezident İlham Əliyev poliklinikanın rəmzi açılışını bildirən lenti kəsib, yaradılan şəraitlə tanış olub. Bildirilib ki, poliklinika binasının birinci mərtəbəsində qəbul, inzibati və funksional diaqnostika şöbələri fəaliyyət göstərir. İkinci mərtəbədə terapiya və pediatriya, üçüncü mərtəbədə isə nevrologiya və stasionar şöbələr yerləşir. Burada quraşdırılan ən müasir avadanlıq əhaliyə keyfiyyətli tibbi xidmət göstərməyə imkan verəcək.
URL / WWW
http://kelam.az/news/a-7158.html