Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Xəbərlər » Xəbərlər » Ali Məhkəmənin sədri hakimlərə sərt irad bildirdi
08.11.12 20:36

Bu gün Azərbaycan Ali Məhkəməsinin növbəti iclası keçirilir. “KƏLAMİNFO” xəbər verir ki, iclasda səhiyyə, ədliyyə nazirliklərinin nümayəndələri, məhkəmə sədrləri iştirak edib. Ali Məhkəmənin sədri Ramiz Rzayev iclasın gündəliyini elan edib. Gündəliyə məhkəmələr tərəfindən tibbi xarakterli qərarların verilməsi, Cinayət Prosessual Məcəlləsinə dəyişiklik edilməsi barədə Milli Məclisə təkliflərin verilməsi və digər məsələlər daxilidir. R.Rzayev çıxışında məhkəmələr tərəfindən bəzi qanun pozuntularına yol verdiyini deyib: “Bəzən həkim-psixiatrın verməli olduğu rəy aidiyyəti olmayan şəxslər tərəfindən verilir. Bir çox halda həkim-psixiatrın rəyi nəzərə alınmır və azadlığa buraxılan şəxslər tərəfindən təkrar cinayətin törətməsi faktları aşkar olunub. Bir nəfər atasını öldürüb, anasını öldürməyə cəhd edib. Həmin şəxsin barəsində məcburi müalicə təyin olunub. Lakin sonradan məhkəmə həmin şəxsi - yəni İlqar Rzayevi azadlığa buraxıb. O da anasını öldürüb. Biz onu azadlığa buraxan hakimin fəaliyyətinə vaxtından əvvəl xitam vermişik. Anlaqsız vəziyyətdə cinayət törətmiş şəxslərin psixiatriya xəstəxanasına göndərilməsi barədə düzgün qərarlar verilmir. Bu işlər üzrə məhkəmə iclas protokolları çox qısa şəkildə şablon kimi tərtib olunur. Bu da onu göstərir ki, hakimlər protokolları oxumurlar”.
URL / WWW
http://kelam.az/news/a-7157.html