Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Xəbərlər » Xəbərlər » Mübariz Əhmədoğlu: Azərbaycan Gürcüstanla münasibətlərinə yenidən baxmalıdır
08.11.12 20:36

“İndiyə qədər Azərbaycanın Gürcüstana qoyduğu böyük sərmayə, enerji təminatı qarşılığında Tbilisinin guya ermənipərəst siyasət yürütmədiyinin şahidi olmalıydıq. Amma əksini gördük.”. “KƏLAMİNFO” xəbər verir ki, bu barədə politoloq Mübariz Əhmədoğlu bu gün keçirdiyi Gürcüstan - Azərbaycan münasibətlərində keçid dövrü adlı Dəyirmi masada bildirib. O qeyd edib ki, Azərbaycanın indiyə qədər Gürcüstana göstərdiyi hərtərəfli köməyə baxmayaraq Tbilisi Dağlıq Qarabağ münaqişəsinin həllinin ləngiməsi istiqamətində fəaliyyət göstərir: “Bundan başqa digər sahələrdə də Azərbaycana əks olan siyasət yürüdüb. Bura Qafqaz Müsəlmanlar İdarəsinə nativ qurum yaratmaqdan tutmuş, oradakı soydaşlarımızın hüquqlarının tapdalanmasına qədər olan məsələlər daxildir”. M.Əhmədoğlu onu da deyib ki, hazırda Gürcüstanda hakimiyyət dəyişikliyi gedir və yeni Bidzina İvanaşvili komandası da Azərbaycana qarşı sərt bəyanatlarla çıxış edirlər: “Hətta bir az irəli gedərək bizə qarşı guya “Gürcüstanın daxili işinə” qarışmayaq kimi tələblər irəli sürürlər. Guya Azərbaycan şirkətləri orada korrupsiya ilə məşğuldurlar, rəqib Saakaşvili komandasına dəstək göstəririk və s. Bir sözlə yeni komanda Azərbaycana qarşı çox qeyri - obyektiv addımlar atmağa başlayıb”. Onun sözlərinə görə hazırda oradakı soydaşlarımıza da qarşı müxtəlif hücumlar başlayıb: “Gürcüstanda azərbaycanlılara olan hücumlar kifayət qədər diqqət mərkəzindədir və Azərbaycan cəmiyyətində ciddi narahatçılıq yaradır. Gürcüstandakı azərbaycanlılara qarşı belə hücumlar, azərbaycanlıların evlərinə qarşı basqılar Azərbaycan hakimiyyətin imicinə təsir edən məsələdir. Orada yaşayan azərbaycanlıların evlərinə olan basqınçı-soyğunçu hücumlar, ehtimal ki, təsadüfi deyil, mütəşəkkildir və konkret olaraq soyğunçuluq məqsədi daşımır. Bunun arxasında siyasi və geosiyasi məsələlər ola bilər. Hakimiyyət dəyişikliyinin, köhnə hakimiyyətlə yeni hakimiyyətin qarşılıqlı münasibətlərinin də bu prosesə təsirini istisna etmirik, lakin o da ciddi sürətdə nəzərimizdədir ki, bu, Azərbaycan Respublikasına mesajdır. Bütün hallarda Gürcüstan hakimiyyətinin davranışı, gürcü cəmiyyətinin sosial-iqtisadi stratifikasiyası rəsmi Bakının atdığı addımlardan asılıdır. Görünür, hakimiyyətə yeni gəlmiş qüvvələr bunu qəbul etmirlər və Azərbaycana “yardımını etməlisən və susmalısan” mesajını göndərirlər”. Politoloq deyib ki, Gürcüstandakı soydaşlarımıza qarşı neqativ hadisələr və təzyiqlər onları əvvəlki davranış-münasibətlər sistemindən imtinaya təhrik edilir: “Ermənilərdən fərqli olaraq, Gürcüstandakı azərbaycanlılar təşkilatlanmayıblar, amma indi təşkilatlanma əsaslı və zəruri görünür. Gürcüstanın hüquq-mühafizə orqanlarının gözü qarşısında azərbaycanlı ailələrə hücum edilib, ailənin şərəfi, qız-gəlinlərin ləyaqəti təhqir olunub, var-yoxu aparılacaqsa yerli əhalinin özünümüdafiə istiqamətində təşkilatlanması zərurətə çevrilir. Gürcüstan azərbaycanlıların təşkilatlanma və özünümüdafiə istiqamətində atdığı addımlar indiki şəraitdə Azərbaycan cəmiyyəti tərəfindən dəstəklənməlidir. Başqa yol yoxdur, səbir və dözüm tükənir”. Onun sözlərinə görə, Azərbaycanın Gürcüstanla münasibətlərinə yenidən baxması və əvvəlki kursundan geri çəkilməsi daha məqsədəuyğundur: “Azərbaycanın Gürcüstana güzəşt siyasəti Gürcüstanın Qarabağ məsələsinə münasibəti ilə uzlaşdırılmalıdır”.
URL / WWW
http://kelam.az/news/a-7154.html