Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Xəbərlər » Xəbərlər » “Çıraq”da ilkin neft hasilatından 15 il ötür
08.11.12 20:36

“Azəri-Çıraq-Günəşli” (AÇG) strukturundan hasilata başlamış ilk platformadan – “Çıraq”dan ilk neftin əldə olunmasının 15 illiyi tamam olur. “BP-Azerbaijan”dan “KƏLAMİNFO”ya verilən məlumata görə, Heydər Əliyevin 1997-ci ilin oktyabrın 27-də imzaladığı fərmana əsasən, AÇG yataqlarının birgə işlənməsi üçün ölkə tarixində ilk dəfə olaraq bağlanmış Hasilatının Pay Bölgüsü Sazişi (HPBS) çərçivəsində hasilatın başlanması 1997-ci il noyabrın 12-də rəsmi olaraq qeyd olunub: “AÇG-nin operatoru olan “BP-Azerbaijan” şirkəti o vaxtdan bəri həmin yataqlarda 6 əlavə platforma, o cümlədən 4 hasilat platforması tikib və onları təhlükəsiz və etibarlı şəkildə istismar etməkdədir. Bu platformalardan indiyədək ümumilikdə 2,1 mlrd. bareldən artıq neft hasil edilib ki, bu da ilk növbədə Azərbaycan xalqının və AÇG tərəfdaşlarının, eləcə də regionun mənafeyinə xidmət edir”.Şirkətdən həmçinin bildirilib ki, AÇG hasilatının ardınca Azərbaycanı birbaşa dünya bazarları ilə bağlayan Bakı-Tbilisi-Ceyhan (BTC) boru kəməri tikilib: “BTC Azərbaycan, Gürcüstan və Türkiyə ilə Qərb arasında iqtisadi və siyasi əlaqələrin möhkəmlənməsinə kömək etməklə bu ölkəyə və regiona əhəmiyyətli əlavə faydalar gətirməkdə davam edir. Bu günədək BTC vasitəsilə Azərbaycandan təqribən 1,552 mln. ton barel xam neft nəql edilib və bu neft 2 013 tankerə yüklənərək dünya bazarlarına göndərilib”. “Çıraq” platforması indiyədək 600 mln. bareldən artıq neft hasil edib ki, bu da AÇG-nin ümumi hasilatının təxminən 1/3-i qədərdir.
URL / WWW
http://kelam.az/news/a-7151.html