Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Xəbərlər » Xəbərlər » Bakıda sağlamlıq və termal turizm üzrə Azərbaycan-Türkiyə I beynəlxalq konqresi keçirilir
08.11.12 20:36

Bu gün Bakıda sağlamlıq və termal turizm üzrə Azərbaycan-Türkiyə I beynəlxalq konqresi işə başlayıb. “KƏLAMİNFO” xəbər verir ki, tədbirdə Azərbaycan tərəfdən Mədəniyyət və Turizm Nazirliyi, Səhiyyə Nazirliyi, Milli Elmlər Akademiyası, sanatoriya və kurortların, turizm şirkətlərinin nümayəndələri, eləcə də Azərbaycan Sahibkarlar Konfederasiyası, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası, Azərbaycan Turizm Assosiasiyası, turizm informasiya mərkəzlərinin nümayəndələri, Türkiyə tərəfdən Mədəniyyət və Turizm Nazirliyi, Səhiyyə Nazirliyi, bəzi valilik, bələdiyyə qurumları, sağlamlıq və termal turizm müəssisələri, Türk Hava Yolları və Türkiyənin Bakıdakı səfirliyinin təmsilçiləri iştirak ediblər. Tədbirin təşkilatçısı olan “Millenium” turizm şirkətinin rəhbəri Ruslan Quliyev bildirib ki, Azərbaycanda və Türkiyədə sağlamlıq və termal turizmi geniş potensiala malikdir: “Beynəlxalq konqresin keçirilməsi iki ölkə arasında qarşılıqlı təcrübə mübadiləsindən istifadə etməklə bu turizm növünün inkişaf etdirilməsinə və təbliğinə töhfə verəcək”.Səhiyyə Nazirliyinin nümayəndəsi Əlişir Musayev Azərbaycanda sağlamıq turizminin inkişafı üçün böyük imkanlar olduğunu bildirib. Onun sözlərinə görə, Azərbaycanda hələ sovet dövründə kurortlar olub və insanlar burada öz sağlamlıqlarını bərpa ediblər. Ə.Musayev deyib ki, Azərbaycanda sağlamlıq turizminin inkişaf etdirilməsi üçün ölkə başçısının xüsusi sərəncamları olub, kurortların inkişafı ilə bağlı dövlət proqramı qəbul olunub. Türkiyənin Azərbaycandakı səfiri İsmail Alper Coşqun bildirib ki, inkişaf etmiş ölkələrdə sağlamlıq turizmi turizmin əsas istiqamətlərindən biri olub: “Həm Türkiyədə, həm də Azərbaycanda sağlamlıq turizmin inkişafı üçün böyük imkanlar var. Buna görə də hər iki ölkənin sağlamlıq turizmi sahəsindəki imkanlarını birgə dəyərləndirilməsi lazımdır”. Qeyd edək ki, konqres noyabrın 9-da da öz işini davam etdirəcək.
URL / WWW
http://kelam.az/news/a-7150.html