Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Xəbərlər » Xəbərlər » “Təbii qazdan təhlükəsiz istifadə aylığı” elan edilib
08.11.12 20:36

Noyabrın 15-dən dekabrın 15-nə qədər respublika ərazisində ”Təbii qazdan təhlükəsiz istifadə aylığı” elan edilib. “KƏLAMİNFO”ya ARDNŞ-dən verilən məlumata görə, tədbir 2012-2013-cü illərin payız-qış mövsümünün başlanması ilə əlaqədar istehlakçıların davamlı təbii qaz təchizatının təmin edilməsi, “mavi yanacaq”dan təhlükəsiz və səmərəli istifadə olunması, eləcə də qaz təsərrüfatında texniki istismar qaydaları tələblərinin yerinə yetirilməsinə nəzarətin gücləndirilməsi məqsədi ilə keçirilir. Bununla əlaqədar, həmin müddətdə ARDNŞ-nin “Azəriqaz” İstehsalat Birliyinin bütün Qaz İstismar və Magistral Qaz Kəmərləri sahələri gücləndirilmiş iş rejiminə keçəcək, yerlərdə məsul şəxslərdən ibarət növbətçilik təşkil ediləcək. İstehsalat Birliyi tərəfindən respublika ərazisində “Təbii qazdan təhlükəsiz istifadə aylığı”nın keçirilməsi ilə əlaqədar nəzərdə tutulan işlər haqqında Tədbirlər Planı hazırlanıb. Plana əsasən, abonentlərin təbii qazdan istifadə qaydalarına dair növbədənkənar təlimatlandırılması, qaydaları pozan istehlakçıların müqavilə üzrə qaz təchizatının dayandırılması nəzərdə tutulur. Tədbirlər planında, həmçinin qəza halları barədə qaz istismar sahələrinin qəza dispetçer xidmətlərinə daxil olmuş çağırışların keyfiyyətlə yerinə yetirilməsinə nəzarətin gücləndirilməsi məsələsi də yer alıb. Sənəddə qeyri-standart qaz cihazları və avadanlıqlarının istismardan çıxarılması haqqında istehlakçılara xəbərdarlıq edilməsi də nəzərdə tutulub. “Təbii qazdan təhlükəsiz istifadə aylığı” çərçivəsində daşıyıcı və paylayıcı qaz kəmərlərinə, qaztənzimləyici şkaflar və məntəqələrə keçirilən baxışlara nəzarət də gücləndiriləcək. Tədbir zamanı insanların daha çox cəmləşdiyi yerlərdə, eləcə də kütləvi informasiya vasitələrində təbliğat xarakterli işlərin aparılmasına ciddi diqqət yetiriləcək.
URL / WWW
http://kelam.az/news/a-7144.html