Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Xəbərlər » Xəbərlər » Suriya-Türkiyə sərhədində döyüş gedir
08.11.12 20:36

Azad Suriya Ordusu Türkiyə ilə sərhəddəki Ceylanpınar məntəqəsi ilə üzbəüz məntəqəni ələ keçirmək üçün hücuma keçib. Tanklardan da istifadə olunan döyüşdə Əsəd əsgərləri də tanklarla cavab verir. “KƏLAMİNFO” xəbər verir ki, Türkiyə mediasının xəbərinə görə, səhər saat 4-dən başlayan döyüş davam edir. Yaralıların Türkiyənin Ceylanpınar dövlət xəstəxanasına gətirilməsi gözlənilir. Şanlıurfanın Ceylanpınar yaşayış məntəqəsindəki məktəblərdə dərslər dayandırılıb. Çoxlu sayda təcili yardım maşınlarının siqnal səsləri eşidilir. Türkiyə tərəfdən hərbçilər hazır vəziyyətə gətirilib.
URL / WWW
http://kelam.az/news/a-7143.html