Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Xəbərlər » Xəbərlər » Ali Məhkəmənin sədri koreyalı hakimlərlə görüşüb
07.11.12 19:46

Bakıda səfərdə olan Koreya Respublikası Ali Məhkəməsinin hakimi Li Sang Hun Azərbaycan Ali Məhkəməsinin sədri Ramiz Rzayevlə görüşüb. Bu barədə məlumatı “KƏLAMİNFO”ya Ali Məhkəmədən veriblər. Görüşdə Ali Məhkəmənin sədri Azərbaycanla Koreya arasında müxtəlif sahələri əhatə edən əlaqələrin, o cümlədən məhkəmə hüquq sahəsində mövcud olan əməkdaşlığın uğurla inkişaf etdiyini bildirib. R.Rzayev həmçinin Azərbaycanın məhkəmə sistemi, Ali Məhkəmənin strukturu və fəaliyyəti, respublikamızda elektron məhkəmələrin yaradılmasına hazırlıqla bağlı görülən işlər barədə qonağa ətraflı məlumat verib. Koreyalı hakim ölkəsinin məhkəmə sistemi haqqında danışıb, iki ölkə arasında qarşılıqlı əməkdaşlığın böyük əhəmiyyət daşıdığını vurğulayıb. Görüşdə məhkəmə-hüquq sistemi ilə bağlı tərəfləri maraqlandıran məsələlər ətrafında fikir mübadiləsi aparılıb. Koreya Ali Məhkəməsinin hakimi Li Sang Hun Ali Məhkəmənin yüksək statusuna uyğun inzibati binasını gəzib, hakimlərin iş şəraiti ilə tanış olub, Məhkəmə tarixi muzeyinə baxıb.
URL / WWW
http://kelam.az/news/a-7139.html