Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Xəbərlər » Xəbərlər » Barak Obama: “Qarşıda bizi ABŞ üçün daha yaxşı günlər gözləyir”
07.11.12 19:46

İkinci müddətə ABŞ prezidenti seçilən Barak Obama qələbəsinin açıqlanmasından sonra ilk çıxışını edib. Çikaqodakı seçki qərargahında çıxış edən Obama seçkilərdə iştirak edən amerikalılara təşəkkür edib. “KƏLAMİNFO” TRT-yə istinadən xəbər verir ki, prezident bu gün Amerikanın birliyinin irəli getdiyini gördüklərini deyib: “Sizlərin sayəsində birliyimiz irəli gedir. Müharibə zamanında, depressiya zamanında lazımi ruhu qoruyanlar sizlərsiniz. Biz Amerika ailəsi olaraq bir xalq halında bir yerdəyik. Bu seçkilərdə siz Amerika xalqı bizə bunu xatırlatdınız. Yolumuz uzun idi və bunu mübarizə ilə aşdıq. Qarşıda bizi ABŞ üçün daha yaxşı günlər gözləyir”. Seçki kampaniyasını həyata keçirən komandanı da unutmayan prezident: “Bu tarixi birlikdə yazdıq” deyib: “Məni ucaltdınız. Hər zaman bu töhfələriniz üçün sizə minnətdar olacağam. Siyasi kampaniyalar bəzən kiçik şeylər kimi görünə bilər. Siyasət yalnız yarış kimi görünə bilər. Amma bu gənc insanların səsində bir qərarlılıq görərsiniz. Bu insanlar hər uşağın eyni fürsətə qovuşması üçün çalışırlar”.
URL / WWW
http://kelam.az/news/a-7132.html