Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Xəbərlər » Xəbərlər » NATO ekspertləri ilə Azərbaycan Silahlı Qüvvələrinin mütəxəssisləri arasında işçi görüşü keçirilir
06.11.12 14:52

Silahlı Qüvvələrin Hərbi Akademiyasında Silahlı Qüvvələrin hərbi təhsil sisteminin bəzi sahələrinin inkişafına yardım üzrə NATO-Azərbaycan birgə hərbi təhsil və təlim sahəsində fəaliyyət planına uyğun olaraq, NATO/ABŞ ekspertləri ilə Azərbaycan Respublikası Silahlı Qüvvələrinin mütəxəssisləri arasında işçi görüşü keçirilir. Bu barədə məlumatı “KƏLAMİNFO”ya Müdafiə Nazirliyindən veriblər. Tədbir müddətində "Müdafiə strategiyası və planlaşdırılması", "NATO-nun əməliyyat proseduraları və hərbi uzlaşma", "İnformasiya müharibəsi", "NATO-nun komanda və nəzarət proseduraları", "Milli təhlükəsizlik üzrə qərarın qəbul edilməsi", "Strateji əməliyyatlar", "İnformasiya texnologiyaların istifadəsi", "Geosiyasət və beynəlxalq münasibətlər", "Hərbi iqtisadiyyat", "Milli təhlükəsizlik strategiyası və siyasətin inkişafı" mövzuları ətrafında müzakirələr aparılır.
URL / WWW
http://kelam.az/news/a-7126.html