Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Xəbərlər » Xəbərlər » Azərbaycan Avstraliyaya nota verib
06.11.12 14:52

Azərbaycanın Türkiyədəki səfirliyi Avstraliyanın Cənubi Uels ştatının qanunvericilik orqanının qondarma Dağlıq Qarabağ Respublikasının tanınması barədə qətnamə qəbul etməsi ilə əlaqədar bu ölkənin Türkiyədəki səfirliyinə nota göndərib. Bu barədə məlumatı “KƏLAMİNFO”ya Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Elman Abdullayev verib. Onun sözlərinə görə, Avstraliya səfirliyi ölkəsinin federal səviyyədə Azərbaycanın ərazi bütövlüyü və suverenliyini tanıdığını bildirib. E.Abdullayev əlavə edib ki, milli müqəddəratı təyinetmə prinsipinə dəstək verilməsi haqda bütün bəyanatlar hansısa ölkənin ərazi bütövlüyünün pozulması mənasına gəlmir. Onun sözlərinə görə, Azərbaycan da dəfələrlə xalqların öz müqəddəratını təyinetmə prinsipini dəstəklədiyini söyləyib. Ancaq bu prinsip ölkələrin ərazi bütövlüyünü pozmamalıdır. Xatırladaq ki, Avstraliyanın Cənubi Uels ştatı “Xalqların, o cümlədən Dağlıq Qarabağ xalqının öz müqəddəratını təyinetmə hüququnun tanınması” adlı qətnamə qəbul edib. Qətnamədə Avstraliya hökuməti “Dağlıq Qarabağ Respublikası”nı tanımağa və separatçı qurumla əlaqə yaratmağa çağırılır.
URL / WWW
http://kelam.az/news/a-7123.html