Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Xəbərlər » Xəbərlər » BDU yataqxanalarında məskunlaşan qaçqınlara tikilən evlərin inşası başa çatır
06.11.12 14:52

Bərdə rayonunda 195 məcburi köçkün ailəsi üçün bütün zəruri sosial-texniki infrastrukturu olan qəsəbənin tikintisi yekunlaşmaq üzrədir. “KƏLAMİNFO” xəbər verir ki, bu barədə məlumatı YAP-ın saytına Məcburi Köçkünlərin Sosial İnkişaf Fondunun direktoru, Milli Məclisin deputatı Ayaz Orucov deyib. Onun sözlərinə görə, bundan başqa, Mingəçevir şəhərində 502 məcburi köçkün ailəsi üçün yeni hündürmərtəbəli yaşayış binalarından ibarət məhəllə, İmişli rayonu ərazisində 325 məcburi köçkün ailəsi üçün bütün zəruri sosial-texniki infrastrukturu olan qəsəbə, Müdafiə Nazirliyinin hərbi hissələrinə məxsus binalarda müvəqqəti məskunlaşan 1410 məcburi köçkün ailəsi üçün Qaradağ rayonu, Müşfiqabad qəsəbəsinin yaxınlığında hündürmərtəbəli yaşayış binalarından ibarət yeni məhəllə, Bakı Dövlət Universitetinin 7 yataqxanasında müvəqqəti məskunlaşan 758 məcburi köçkün ailəsi üçün Masazır bələdiyyəsinin ərazisində bütün zəruri sosial-texniki infrastrukturu olan yeni məhəllənin tikintisi başa çatmaq üzrədir.
URL / WWW
http://kelam.az/news/a-7120.html