Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Xəbərlər » Xəbərlər » Aytən Mustafayeva: Azərbaycanda insan hüquqları ölkə rəhbərliyi səviyyəsində qorunur
05.11.12 20:50

Azərbaycanda əsas insan hüquqları və azadlıqları ölkə rəhbərliyi səviyyəsində qorunur. “KƏLAMİNFO” xəbər verir ki, bu fikirləri AMEA İnsan Hüquqları üzrə Elmi-Tədqiqat İnstitutunun direktoru, Milli Məclisin deputatı, hüquq elmləri üzrə fəlsəfə doktoru Aytən Mustafayeva deyib. Daxili İşlər Nazirliyinin Polis Akademiyasında İnsan Hüquqları üzrə Müvəkkil (Ombudsman) Aparatı, Azərbaycan Hüquqşünasları Konfederasiyası, AMEA İnsan Hüquqları üzrə Elmi-Tədqiqat İnstitutunun birgə təşkilatçılığı ilə “Qloballaşma şəraitində insan və vətəndaş hüquq və azadlıqlarının mühafizəsinin aktual problemləri: nəzəriyyə və təcrübə” mövzusunda elmi-praktiki konfransda çıxış edən A.Mustafayeva bildirib ki, demokratik dövlət quruculuğu yolu ilə irəliləyən Azərbaycanda bütün sahələrdə hüquqi bazanın möhkəmləndirilməsi və təkmilləşdirilməsi üçün müvafiq islahatlar aparılmaqdadır.
URL / WWW
http://kelam.az/news/a-7111.html