Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Xəbərlər » Xəbərlər » Əbülfəs Qarayev Londonda ənənəvi "WTM 2012" Beynəlxalq Turizm Sərgisində iştirak edir
05.11.12 20:50

Böyük Britaniyanın paytaxtı Londonda ənənəvi "WTM 2012" Beynəlxalq Turizm Sərgisi keçirilir. Sərgidə Azərbaycan Respublikası mədəniyyət və turizm naziri Əbülfəs Qarayevin rəhbərliyi altında nümayəndə heyəti iştirak edir. Bu barədə məlumatı “KƏLAMİNFO”ya Mədəniyyət və Turizm Nazirliyindən veriblər. Nümayəndə heyətinin tərkibinə Mədəniyyət və Turizm Nazirliyinin Turizm şöbəsinin Daxili turizmin inkişafı sektorunun müdiri Mahir Qəhrəmanov, Turizmin marketinqi və təbliğatı sektorunun aparıcı məsləhətçisi Leyla Verdiyeva, Azərbaycan Dövlət Rəqs Ansamblının 4 nəfər üzvü və "Azərbaycan Televiziya və Radio Verilişləri" QSC-nin 2 nəfər əməkdaşı daxildir. Həmçinin sərgidə 11 yerli turizm şirkəti, "Geo Travel", "Gilan Tourism", "Millennium Tourism and Congress DMC", "SW travel", "ENC tours", "Billur tur", "Eurotourism", "The tour", "Turizm.az", "Victory tour", 2 mehmanxana "Four Seasons Hotel Baku", "Jumeirah Bilgah Beach Hotel" və Azərbaycan Qolf Federasiyası təmsil olunur. Sərgidə respublikamızın turizm imkanlarını əks etdirən 105 kv.m sahədə lövhə quraşdırılıb, lövhədə "Azərbaycan Hava Yolları" aviaşirkəti üçün xüsusi yer ayrılıb. Sərgiyə gələn ziyarətçi və iştirakçılara ingilis dilində müxtəlif növ reklam-çap məhsulları, eləcə də digər təbliğat materialları paylanacaq. 2002-ci ildən başlayaraq Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi və yerli turizm şirkətləri artıq onuncu dəfədir ki, "WTM" Beynəlxalq Turizm Sərgisində iştirak edir. Ötən il sərgidə ölkəmiz ilə yanaşı, 185 ölkədən 5117-ə yaxın şirkət təmsil olunur.
URL / WWW
http://kelam.az/news/a-7109.html