Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Xəbərlər » Xəbərlər » Prezident Barak Obamaya başsağlığı verib
03.11.12 15:36

Azərbaycan Prezidenti İlham Əliyev Amerika Birləşmiş Ştatlarının Prezidenti Barak Obamaya başsağlığı məktubu göndərib. “KƏLAMİNFO” xəbər verir ki, məktubda deyilir: "Sendi" qasırğasının doğurduğu çoxsaylı insan tələfatı və dağıntılar barədə xəbər məni olduqca sarsıtdı. Baş vermiş faciə ilə əlaqədar dərdinizi bölüşür, Sizə, həlak olanların ailələrinə və yaxın adamlarına, bütün Amerika xalqına öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verir, təbii fəlakətin nəticələrinin tezliklə aradan qaldırılmasını arzulayıram" - deyə başsağlığında deyilir.
URL / WWW
http://kelam.az/news/a-7106.html