Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Xəbərlər » Xəbərlər » Azərbaycanda “Maliyyə muzeyi”nin yaradılması təklif olunub
03.11.12 15:36

Azərbaycan Milli Elmlər Akademiyası Tarix İnstitutunda növbəti Elmi Şura keçirilib. Məlumatı “KƏLAMİNFO”ya Tarix İnstitutundan veriblər. İnstitutun direktoru, AMEA-nın müxbir üzvü, professor Yaqub Mahmudovun rəhbərliyi ilə keçirilən Şurada Maliyyə Nazirliyi nəzdində “Maliyyə muzeyi”nin yaradılması ilə bağlı məsələ müzakirə olunub. Şurada qeyd olunub ki, Tarix İnstitutu Maliyyə Nazirliyinin Azərbaycanda pul tədavülü və sikkə zərbi tarixinə dair muzeyin yaradılması təşəbbüsünü dəstəkləyir. Məsələ ilə bağlı institutda işçi qrupu yaradılıb. İşçi qrupu Azərbaycanın pul (sikkə) tarixinə, zərbxanalarına dair materialları toplayaraq sistemləşdirəcək. Azərbaycanın tarixi torpaqlarında mövcud olmuş zərbxanaların ayrı-ayrı dövrlər üzrə sistemləşdirilərək siyahısının hazırlanması nəzərdə tutulur. Tarixi Azərbaycan zərbxanalarının xəritəsinin də tərtib olunması planlaşdırılır. Pul tədavülü və sikkə zərbi ilə bağlı tarixən verilən fərman və sərəncamlar toplanaraq muzeyin ekspozisiyasında nümayiş etdiriləcək.
URL / WWW
http://kelam.az/news/a-7103.html