Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Xəbərlər » Xəbərlər » Ziyafət Əsgərov: “ABŞ və digər qərb ölkələri 24 apreli sağmal inəyə çeviriblər”
12.02.10 21:46

ABŞ və digər qərb ölkələri 24 apreli sağmal inəyə çeviriblər. KƏLAMİNFO xəbər verir ki, bu barədə açıqlamanı Milli Məclis sədrinin müavini Ziyafət Əsgərov ABŞ Konqresində qondarma “erməni soyqrımı” məsələsinin müzakirəyə çıxaralmasına münasibət bildirərkən söyləyib. Z.Əsgərov bildirib ki, bu gün ABŞ Minsk Qrupunun həmsədri kimi Ermənistana təzyiq göstərmək əvəzinə, Türkiyəyə təzyiq edir. “ABŞ Konqresinə müraciət edərək deyirəm ki, bu, onların işi deyil, tarixi məsələdir. Qoy bu işi tarixçilər araşdırsın”,-deyən Z.Əsgərov qeyd edib ki, hər il aprel ayında Türkiyə qondarma soyqırım məsələsi ilə şantaj edilir. “Mən soruşmaq istəyirəm: Bəs Xocalı soyqırımını niyə tanımırsınız? Axı bu faciə bütün dünyanın gözü qarşısında baş verib. Əminəm ki, ABŞ Konqresi bu məsələyə baxmayacaq”,-deyə Z.Əsgərov vurğulayıb. Onun sözlərinə görə, ATƏT-in Minsk Qrupunun həmsədrləri Ermənistana təzyiq göstərməlidir. Çünki məsələ artıq son mərhələyə daxil olub. Hamı bilir ki, Ermənistan müstəqil dövlət deyil, Rusiyanın quberniyasıdır. Biz bu məsələnin uzadılmasını istəmirik. Əks halda, problemin digər yolla həlli qaçılmazdır”,-deyə vitse-spiker əlavə edib.
URL / WWW
http://kelam.az/news/a-705.html