Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Xəbərlər » Xəbərlər » Azad Rəhimov: “Gənclərlə iş Azərbaycan üçün hər zaman çox vacib sosial və humanitar sahədir”
19.10.12 19:04

“Gənclər və onlarla bağlı aparılan iş Azərbaycan üçün hər zaman çox vacib sosial və humanitar sahədir”. “KƏLAMİNFO” xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında gənclər və idman naziri Azad Rəhimov bildirib. O qeyd edib ki, bu sahə daima Azərbaycan Prezidenti İlham Əliyevin diqqət və qayğısı əhatəsindədir: “Bu gün gənclərlə bağlı vacib amillərdən biri də dünyaya inteqrasiya məsələsidir və bu istiqamətdə Azərbaycan dövləti uğurlu addımlar atıb. Xüsusilə MDB Gənclər Şurasında aktivliyimiz gənclərimizin inteqrasiya məsələsində başlıca rol oynayır. Məhz bu aktivlik nəticəsində nəinki MDB Gənclər Şurası, o cümlədən digər beynəlxalq təşkilatların gənclər birlikləri bir sıra müzakirələri Bakıda həyata keçirirlər”.
URL / WWW
http://kelam.az/news/a-7044.html