Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Xəbərlər » Xəbərlər » Xaricdə təhsil almış gənclər üçün əmək yarmarkası keçiriləcək
19.10.12 19:04

Sabah saat 11.00-dan 17.00-dək Bakı Biznes Mərkəzində (Neftçilər prospekti, 44) Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 7 iyul tarixli Sərəncamı ilə təsdiq olunmuş “Azərbaycan gəncliyi 2011-2015-ci illərdə Dövlət Proqramı”na uyğun olaraq, xaricdə təhsil almış gənclər üçün İqtisadi İnkişaf Nazirliyinin təşkilatçılığı ilə əmək yarmarkası keçiriləcək. İİN-dən “KƏLAMİNFO”ya verilən məlumata görə, yarmarkaya iqtisadiyyatın müxtəlif sahələrində (neft-qaz, enerji, sənaye, kənd təsərrüfatı, tikinti, nəqliyyat, rabitə, informasiya texnologiyaları, bank-maliyyə, turizm və s.) fəaliyyət göstərən 50 nüfuzlu yerli və xarici şirkət tərəfindən 500-dən çox vakant iş yeri çıxarılacaq, bu sahədə müvafiq meyar və tələblər haqqında gənclərə ətraflı məlumat veriləcək, maraq göstərən məzunların müraciətləri qəbul ediləcək.
URL / WWW
http://kelam.az/news/a-7043.html