Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Xəbərlər » Xəbərlər » Əsəd rejimi Suriya əhalisinə qarşı hava hücumları həyata keçirir
19.10.12 19:04

Suriyalı fəalların və həkimlərin verdiyi məlumatda hökumət qüvvələrinin ölkənin şimalına üsyançıların nəzarəti altında olan ərazidə keçirdiyi hava hücumları zamanı təxminən 20 insan həlak olub. “KƏLAMİNFO” BBC-yə istinadən xəbər verir ki, fəalların bildirdiyinə görə hava hücumları Məaret əl-Numan şəhəri daxil olmaqla İdlib və Hələb əyalətlərinin dörd şəhərində keçirilib. Həkimlər ölənlər arasında bir neçə uşağın olduğunu deyib. Hava hücumları zamanı çəkilmiş və internetdə yerləşdirilmiş video görüntülərdə çoxmərtəbəli binaların qalıqları altından insanların cəsədlərinin çıxarıldığı nümayiş olunur. Fəalların verdiyi məlumatlar və video görüntülər müstəqil mənbələr tərəfindən təsdiqlənmir.
URL / WWW
http://kelam.az/news/a-7040.html