Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Xəbərlər » Xəbərlər » Mübariz Əhmədoğlu: “İrəvan bu əzələ nümayişindən təlaşa düşdü”
17.10.12 19:57

“Türkiyə Suriyaya uçan Ermənistan təyyarəsini ərazisində saxlamaqla İrəvana əzələ nümayiş elətdirdi”. “KƏLAMİNFO” xəbər verir ki, bu barədə politoloq Mübariz Əhmədoğlu bu gün keçirdiyi “Qarabağ saatı”nda bildirib. O qeyd edib ki, bununla Türkiyə Ermənistana jest elədi ki, sabah lazım olarsa eyni təsiri Dağlıq Qarabağ məsələsində də edə bilər: “İrəvan bu əzələ nümayişindən təlaşa düşdü və dərhal Türkiyənin təyyarə ilə bağlı iradlarını qəbul etdi, sərt reaksiya verməyə cürət etmədi”. M.Əhmədoğlu deyir ki, bu gün Ermənistan Türkiyənin bölgədəki artan nüfuzunu görərək bu dövlətlə yaxınlıq eləmək istəyir: “Çünki bu gün regionda Rusiyanın hər üç ölkədə iqtisadi marağı olduğu halda ona qarşı müqavimət var, amma eyni halda iqtisadi marağı olan Türkiyəyə qarşı müqavimət yoxdur.Ona görə ki, Türkiyənin maraqları arzuolunandır. Ermənistan bundan narahatdır”. Politoloqun sözlərinə görə, bu gün Ermənistan özü də anlayır ki, Azərbaycan tam müharibəyə hazırdır və bunu dəfələrlə etiraf edirlər: “Onların yeganə iddia etdiyi odur ki, biz ildırım sürətli müharibəyə hazır deyilik, amma bunun da üzərində işləyirik. Amma bunun elə bir önəmi yoxdur, çünki biz torpaqları işğaldan azad eləmək üçün müharibəyə başlayacağıqsa, onun müddəti elə bir əhəmiyyət daşımayacaq, çünki güclü iqtisadiyyat buna imkan verir”.
URL / WWW
http://kelam.az/news/a-7031.html