Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Xəbərlər » Xəbərlər » Jurnalistlər mükafatlandırıldı
17.10.12 19:57

Bu gün Səbail Rayon İcra Hakimiyyəti və Azərbaycan Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun birgə təşkil etdiyi fərdi jurnalist yazıları müsabiqəsinin yekunlarına həsr edilən tədbir keçirilib. “KƏLAMİNFO” xəbər verir ki, tədbir Səbail RİH-də baş tutub. Tədbirdə Səbail RİH-nin başçısı Asif Əsgərov, KİV DF-nin icraçı direktoru Vüqar Səfərli müsabiqə barədə məlumat veriblər. Qeyd olunub ki, müsabiqənin məqsədi Səbail rayonunun sosial-iqtisadi və ictimai həyatındakı proseslərin ictimaiyyətə daha yaxından çatdırılmasında peşəkar jurnalist yaradıcılığını stimullaşdırmaqdır. Bildirilib ki, müsabiqə iyulun 27-si başlayıb və sentyabrın 30-u başa çatıb. Bu müddət ərzində müsabiqəyə 29 yazı təqdim edilib. Yazılar ekspertlər tərəfindən qiymətləndirilib. O da diqqətə çatdırılıb ki, elan edilən müsabiqədə 13 yer nəzərdə tutulub. Sonradan mükafatlandırmanın şərtlərində dəyişiklik olunub. Qəbul edilən qərara görə, 24 yazı mükafata layiq görülüb. Beləliklə, 1-ci yerə (1000 manat) “Paritet” qəzetindən Asif Nərimanlı, 2-ci yerə (800 manat) “Xalq” qəzetindən Tahir Rüstəmov və 3-cü yerə (600 manat) “Bakı xəbər” qəzetindən Samirə Səfərova layiq görülüb. 21 nəfərə həvəsləndirici mükafat (4 nəfər 500, 10 nəfər 200 və 7 nəfər isə 100 manat) verilib.
URL / WWW
http://kelam.az/news/a-7030.html