Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Xəbərlər » Xəbərlər » İlham Əliyev: “Azərbaycan ECO-ya üzv dövlətlərin maraqlarının beynəlxalq təşkilatlarda qorunmasında səylərini göstərir”
16.10.12 20:10

Azərbaycan Prezident İlham Əliyev bu gün Bakıda keçirilən ECO-nun 12-ci sammitində çıxış edib. “KƏLAMİNFO” xəbər verir ki, prezident çıxışında bildirib ki, ECO-ya üzv ölkələr ilə Azərbaycanın çox geniş əməkdaşlığı var. Onun sözlərinə görə, yeni sədr olan Azərbaycan bu sahədə fəaliyyətinin genişləndirilməsi üçün əlindən gələni edəcək: “Hazırkı sammit çox əlamətdar tarix ərəfəsində baş verir. 1992-ci ilin noyabrında ECO-ya 7 yeni üzv daxil olub ki, onlardan biri də Azərbaycan idi. Azərbaycan öz fəaliyyətində ECO-ya daim böyük önəm verib. Bizi həm ortaq tarix, həm də siyasi və iqtisadi maraqlar birləşdirir. Hesab edirəm ki, təşkilatımızın bu tarixi irs üzərində formalaşması böyük ənənədir. Biz çalışırıq ki, islam mədəniyyətinin təbliği istiqamətində fəaliyyətimizi gücləndirək”. Prezident qeyd edib ki, ECO-a üzv ölkələri ümumi dəyərlər, o cümlədən İslam dini birləşdirir. “Biz bu dəyərlərə daim sadiqik”. O xatırladıb ki, ötən illərin birində Bakı İslam mədəniyyəti paytaxtı elan edilmişdi: “2018-ci ildə bu status Azərbaycanın digər qədim şəhəri olan Naxçıvana veriləcək. Hesab edirəm ki, bu bizə olan etimadın göstəricisidir”. İlham Əliyev ötən il Azərbaycanın ECO-ya üzv dövlətlərin də dəstəyi ilə BMT Təhlükəsizlik Şurasına qeyri-daimi üzv seçildiyini xatırladıb: “Azərbaycan da öz növbəsində ECO-ya üzv dövlətlərin maraqlarının beynəlxalq təşkilatlarda qorunmasında səylərini göstərir”. İlham Əliyev onu da deyib ki, ECO-a üzv olan dövlətlər biri-birilərini digər beynəlxalq təşkilatlar çərçivəsində dəstəkləməlidirlər. Prezident vurğulayıb ki, bəzi ölkələrdə olan islamafobiya Azərbaycanı narahat edir. “İslam müqəddəslərinin təhqiri bizi hiddətləndirir. Biz İslamı sülh və mərhəmət dini kimi daha da geniş təbliğ etməliyik və bu bizim fəaliyyətimizin əsası olmalıdır”.
URL / WWW
http://kelam.az/news/a-7027.html