Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Xəbərlər » Xəbərlər » Mahmud Əhmədinejad: “ECO-nun Siyasi Forumu yaradılmalıdır”
16.10.12 20:10

“Dünyada böyük nüfuzu olan İqtisadi Əməkdaşlıq Təşkilatının (ECO) Siyasi Forumu yaradılmalıdır. Bu, təşkilata üzv olan İslam ölkələri üçün də mütərəqqi addım olar”. “KƏLAMİNFO” xəbər verir ki, bu barədə Bakıda keçirilən ECO-nun 12-ci sammitindəki çıxışı zamanı İran İslam Respublikası prezidenti Mahmud Əhmədinejad bildirib. O qeyd edib ki, bu, İslam ölkələrinin dünya miqyasında daha güclü söz sahibi olması üçün də vacibdir: “Siyasi əməkdaşlığı, regional təşkilatlarda əməkdaşlığı davam etdirmək çox vacibdir”. O həmçinin deyib ki, iqtisadi sahədə əməkdaşlığa nail olmaq, gömrük qanunvericiliyinin yaradılması, su, quru, hava və dəmir yolu nəqliyyat xətlərinin inkişafı layihələrinin həyata keçirilməsi, ədalətli iqtisadiyyat prinsiplərinin yaradılması, milli valyutaların ticarət dövriyyələrində istifadəsi kimi işlərin həyata keçirilməsi vacibdir: “Kapitalist sistemi və köləlik, müstəmləkəçilik tərəfdarları öz tarixlərinin sonuna gəlib çıxıblar. Biz artıq yeni sistemin qurulması ərəfəsindəyik. Biz ruhani inanclar və qardaşlıq hisslərinə əsaslanaraq böyük işlər görə bilərik. Biz güclərimizi birləşdirərək indiki dünya sisteminin dəyişdirilməsinə, xalqlarımızın sülh və rifah içində yaşamasına xidmət edə bilərik”.
URL / WWW
http://kelam.az/news/a-7026.html