Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Xəbərlər » Xəbərlər » Ərdoğan: “Dünya qaydalarını müəyyən edən ölkələr, təşkilatlar düşüncə tərzlərini dəyişməlidirlər”
16.10.12 20:10

“İqtisadi Əməkdaşlıq Təşkilatı daxilində (ECO) dəyişikliklər bizə imkan verir ki, siyasi transformasiyalar baş versin”. “KƏLAMİNFO” xəbər verir ki, bu barədə bu gün Bakıda keçirilən ECO-nun 12-ci sammitindəki çıxışı zamanı Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan bildirib. O qeyd edib ki, bu, təşkilata üzv ölkələrə imkan verir ki, həm demokratiya axtarışları ilə məşğul olsular, həm də var-dövlətin ədalətli bölünməsi məsələsi həll edilsin: “İndi dünyada baş verən hadisələr göstərir ki, II Dünya müharibəsindən sonra yaradılan sistem artıq dəyişməlidir. Yeni sistem yaradılmalıdır. Artıq xalqlar belə yaşamaq istəmirlər. Dünya qaydalarını müəyyən edən ölkələr, təşkilatlar düşüncə tərzlərini dəyişməlidirlər. Bu olmasa, qlobal dəyişikliklərə nail ola bilməyəcəyik. Dünyada maliyyə böhranı göstərdi ki, mədəni, iqtisadi əməkdaşlığa ehtiyac var”.
URL / WWW
http://kelam.az/news/a-7023.html