Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Xəbərlər » Xəbərlər » Fəzail Ağamalı: “Qarışıq seçki sisteminin tətbiqi siyasi mühit üçün əhəmiyyətli rol oynaya bilər”
16.10.12 20:10

Milli Məclisin üzvü, Ana Vətən Partiyasının sədri Fəzail Ağamalı Milli Məclisə seçkilərdə proporsional seçki sisteminin bərpasını və millət vəkillərinin sayının artırılmasını təklif edir. “KƏLAMİNFO” xəbər verir ki, jurnalistlərə açıqlamasında F.Ağamalı bildirib ki, Azərbaycanda siyasi sistemin gücləndirilməsi, siyasi partiyaların formalaşdırılması və siyasi proseslərdə fəallığının artırılması üçün proporsional seçki sisteminə keçilməsi mühüm əhəmiyyət kəsb edir: “Bunun üçün proporsional seçki sisteminin tətbiqinə böyük ehtiyac var. Mən çox arzulayardım ki, 2015-ci ilə qədər belə bir dəyişiklik həyata keçirilsin və biz həm majoritar, həm də proporsional seçki sistemindən istifadə edə bilək. Yəni bu, yenidən tətbiq olunsun. Çünki bunların hər birinin özünəməxsus üstünlükləri var”. O deyib ki, nə proporsional seçki sisteminin bütövlükdə tərəfdarıdır, nə də majoritar: “Düşünürəm ki, hər ikisindən istifadə olunsa, hər ikisi özünəməxsus üstünlüklərə malikdir və bu baxımdan, məncə, proporsional və majoritar seçki sisteminin, yəni qarışıq seçki sisteminin tətbiqi Azərbaycanın siyasi mühiti üçün əhəmiyyətli rol oynaya bilər”. Millət vəkili onu da əlavə edib ki, bu, Konstitusiya dəyişikliyidir. Bu, xüsusi qanun layihəsi ilə deyil, məhz Konstitusiyada edilən dəyişiklik əsasında həyata keçirilə bilər və Konstitusiyaya dəyişiklik, məncə, bir çox məsələni özündə ehtiva etməlidir, eyni zamanda bu məsələni. Deputatların sayının artırılmasına gəldikdə isə millət vəkili bildirdi ki, əslində, Azərbaycanın əhalisinin sayına, inzibati bölgüsünə görə 125 deputat azdır: “Bunu proporsional seçki sisteminin tətbiqi ilə artırmaq olar. Belə deyək ki, 25-30 nəfər, əlbəttə, təqribi rəqəmi deyirəm, ya 50 nəfər ola bilər proporsional seçki sistemi, 100 nəfər də ola bilər majoritar seçki sistemi. Bu da mümkündür və ya əksinə. Hər halda gələcəkdə əgər proporsional seçki sistemi tətbiq olunarsa, majoritarla bərabər, heç şübhəsiz ki, deputat mandatlarının respublikada sayı da artırılmalıdır”.
URL / WWW
http://kelam.az/news/a-7022.html