Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Xəbərlər » Xəbərlər » İnternet idarəçiliyi ilə bağlı Milli Konfrans keçiriləcək
16.10.12 20:10

Azərbaycan İnternet Forumunun (AİF) təşkilatçılığı və İREX Media Azərbaycanın dəstəyi ilə 31 oktyabr tarixdə Azərbaycan İnternet İdarəçiliyi Forumu mövzusunda Milli Konfrans keçiriləcək. AİF-dən “KƏLAMİNFO”ya verilən xəbərə görə, Milli Konfransın məqsədi 6-9 noyabr tarixlərində Bakı şəhərində keçiriləcək beynəlxalq “Inetrnet Governance Forum” (İnternet İdarəçiliyi Forumu) ərəfəsində milli internet infrastrukturun vəziyyəti ilə bağlı peşəkarların və ekspertlərin iştirakı ilə müzakirələr aparmaqdır. Tədbirin ölkəmiz üçün əhəmiyyətli olacağı ilə bərabər, təcrübə mübadiləsi və mövcud aktual problemlərin həlli istiqamətində də mühüm rol oynayacağı bildirilir. AİF ölkənin bütün ərazisində keyfiyyətli internetə əlçatımlığın təmin edilməsi, milli domenin qeydiyyatının liberallaşdırılması, dövlət və qeyri-dövlət internet resursların informasiya təhlükəsizliyinin qorunması, onlayn şəffaflıq və elektron xidmətlərin inkişaf etdirilməsi kimi məsələlərin həllinin Azərbaycan interneti üçün aktual olduğunu vurğulayıb.Qeyd edək ki, konfransda qeyd olunan problemlərin səbəbləri və aradan qaldırılması istiqamətində dövlət, özəl və vətəndaş cəmiyyəti qurumları, beynəlxalq təşkilatların iştirakı ilə müzakirələrin aparılması, onların aradan qaldırılması yollarının müvafiq qurumlara və geniş ictimaiyyətə çatdırılması nəzərdə tutulub. Konfrans Azərbaycanda internet idarəçiliyi, informasiya təhlükəsizliyi və yeni media mövzusunda 3 sessiyadan ibarət olacaq.
URL / WWW
http://kelam.az/news/a-7020.html