Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Xəbərlər » Xəbərlər » GVB “Xocalı - XX əsrin ən dəhşətli faciəsidir” mövzusunda tədbir keçirib
12.02.10 21:46

Gənc Vətənpərvərlər Birliyi “Xocalı - XX əsrin ən dəhşətli faciəsidir” mövzusunda tədbir keçirib. GVB-dən KƏLAMİNFO-ya verilən məlumata görə, tədbirdə birliyin İdarə Heyəti, rayon şöbələrinin müdirləri, İdman Federasiyalarının nümayəndələri, məşqçilər, idmançılar, birliyə üzv olan təşkilatların, QHT və KİV təmsilçiləri iştirak ediblər. Tədbirdə əvvəlcə bütün şəhidlərin və ümummilli lider Heydər Əliyevin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. GVB-in sədri, fəxri bədən tərbiyəsi və idman işçisi Müqamət Əliyev bildirib ki, birliyin qərarı ilə fevral Xocalı faciəsi ayı elan olunub. O, tədbir iştirakçılarının diqqətinə çatdırıb ki, bu məqsədlə yaradılan Təşkilat Komitəsi tərəfindən respublika üzrə silsilə tədbirlər keçiriləcək. M.Əliyev 1992-ci il fevralın 25-dən 26-a keçen gecə Ermənistan Silahlı Qüvvələri tərəfindən Xocalı şəhərinin işğalı zamanı 613 dinc əhalinin, o cümlədən 63 uşaq, 106 qadın, 70 qocanın amansızlıqla öldürüldüyünü söyləyib. Sonda tədbir iştirakçılarına Xocalı faciəsi haqqında braşuralar paylanıb və Xocalı abidəsi yad edilib.
URL / WWW
http://kelam.az/news/a-702.html