Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Xəbərlər » Xəbərlər » AMEA-nın institutlarında Qızıl Aypara Cəmiyyətinin şöbələri yaradılacaq
15.10.12 19:36

Azərbaycan Milli Elmlər Akademiyasının institutlarında Qızıl Aypara Cəmiyyətinin şöbələri yaradılacaq. Bu barədə məlumatı “KƏLAMİNFO”ya müsahibəsində AMEA Gənclərin İntellektual İnkişaf Mərkəzinin direktoru İlqar Orucov deyib. Onun sözlərinə görə, şöbələr AMEA-nın birinci vitse-prezidenti Arif Həşimovun tapşırığına əsasən yaradılacaq: “Bizə də müraciət olunub ki, akademiyanın gənc alimlər şuralarının sədrləri fəaliyyət göstərdikləri müəssisələrdə Qızıl Aypara Cəmiyyətlərinin işini həyata keçirsinlər və həmin şöbələrə də rəhbərlik etsinlər. Əgər şura sədrlərinin işi çox olarsa, institutlarda cəmiyyətin şöbələrinin işini müavinlər apara bilərlər”. Gənc alimləri bu işin reallaşmasına dəstək olmağa çağıran İ.Orucov deyib ki, yaxın günlərdə cəmiyyətin AMEA institutlarında yaradılması ilə bağlı toplantı keçirəcəklər. Həmin toplantıda bu məsələlər ətraflı müzakirə ediləcək: “Hesab edirəm ki, bu təşkilatın fəaliyyətini irəli aparmaq hər birimizin borcudur”.
URL / WWW
http://kelam.az/news/a-7012.html