Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Xəbərlər » Xəbərlər » Mavritaniya prezidentinin müalicəsi Parisdə davam etdiriləcək
15.10.12 19:36

Mavritaniya prezidenti Məhəmməd Uld Əbdül Əziz əməliyyat edilib. “KƏLAMİNFO” “İTAR TASS”-a istinadən məlumat verib ki, paytaxt Nuakşotun hərbi hospitalında həyata keçirilən əməliyyat nəticəsində onun bədənində olan qəlpə çıxarılıb. Mavritaniya prezidenti müalicəsi davam etdirilmək üçün Parisə yola salınacaq. Xatırladaq ki, prezident paytaxt Nuakşot yaxınlığında maşın konvoyu ilə səfər edən zaman güllə ilə vurulub. Rəsmilər yol boyu təhlükəsizliyə görə məsuliyyət daşıyan mühafizəçilərdən birinin konvoyu dərhal tanımayaraq atəş açdığını bildiriblər. Lakin bəzi yerli mətbuat orqanlarında prezidentin paytaxtdan ölkənin şimalda Tveylaya səfər edən zaman yaraqlı qrupun üzvlərinin hədəfi olduğu barədə məlumat verib. Prezident Əbdül Əziz hakimiyyətə 2008-ci ildə hərbi çevriliş nəticəsində gələrək, 2009-cu ildə prezident seçkilərində qələbə çalıb.
URL / WWW
http://kelam.az/news/a-7006.html