Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Xəbərlər » Xəbərlər » Mübariz Qurbanlı: “Bu, kənar qüvvələrin sifarişidir...”
11.10.12 20:15

“Azərbaycan dünyəvi ölkədir və digər dünyəvi ölkələrdə olduğu kimi bizim ölkənin də məktəblərində şagirdlərin geyimini tənzimləyən xüsusi qaydalar var, hamı da buna əməl etməlidir. Dünyanın istənilən dünyəvi ölkəsində də hicabdan və digər dini geyimlərdən istifadə edilmir”. Bunları “KƏLAMİNFO”ya açıqlamasında hakim Yeni Azərbaycan Partiyasının icra katibinin müavini, deputat Mübariz Qurbanlı bildirib.
O qeyd edib ki, bütün bunlarla yanaşı, Azərbaycan din, vicdan azadlığı yüksək səviyyədə təmin olunub və bununla bağlı aksiyalar qondarmadır, bu, kənar qüvvələrin sifarişidir: “Ona görə də Azərbaycanda din və hicab adı altında təxribatla məşğul olmaq isə yersizdir. Təəssüflər olsun ki, bəzi qruplar dini təşkilat adı altında hicab məsələsindən sui-istifadə edərək Azərbaycan daxilində qarşıdurma yaratmaq istəyirlər”.
M.Qurbanlı deyib ki, buna baxmayaraq onların bu niyyətləri baş tutmayacaq: “Azərbaycan hakimiyyəti istənilən halda daxildə hər hansı qarşıdurmanın yaranmasına imkan verməyəcək”.
URL / WWW
http://kelam.az/news/a-7000.html