Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Xəbərlər » Xəbərlər » Bu gün - 11 fevral vergi işçilərinin peşə bayramı günüdür
11.02.10 20:30

Bu gün - 11 fevral vergi işçilərinin peşə bayramı günüdür. KƏLAMİNFO xəbər verir ki, bu münasibətlə Vergilər Nazirliyin əməkdaşları Fəxri Xiyabanda ümummilli lider Heydər Əliyevin xatirəsini ehtiramla yad edib, məzarı üstünə əklil qoyublar. Daha sonra vergi orqanlarının əməkdaşları Şəhidlər Xiyabanını ziyarət ediblər. Qeyd edək ki, 11 fevral 2005-ci il tarixində prezident İlham Əliyev vergi işçiləri gününün təsis edilməsi haqqda Sərəncam imzalayıb. Sərəncama əsasən, hər il fevral ayının 11-i tarixi “Vergi işçilərinin peşə bayramı günü” kimi qeyd edilir. Bu gün həmçinin, Azərbaycan Respublikası prezidentinin 11 fevral 2000-ci il tarixli Fərmanı ilə Baş Dövlət Vergi Müfəttişliyinin bazasında dövlətin vahid vergi siyasətinin həyata keçirilməsini, dövlət büdcəsinə vergilərin və digər daxilolmaların vaxtında və tam yığılmasını təmin edən, bu sahədə dövlət nəzarətini həyata keçirən mərkəzi icra hakimiyyəti orqanı Azərbaycan Respublikası Vergilər Nazirliyi yaradılıb.
URL / WWW
http://kelam.az/news/a-700.html