Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Xəbərlər » Xəbərlər » 26 saxta diplomun xarici ölkələrdən əldə edilməsi sübuta yetirilib
08.10.12 19:47

Azərbaycan Təhsil Nazirliyinə diplomların tanınması ilə bağlı 2004-cü il yanvarın 1-dən 6982 müraciət daxil olub, onların 804-ü ilə bağlı qeyri-qanuni fakt aşkarlanıb. “KƏLAMİNFO” xəbər verir ki, bu barədə təhsil naziri Misir Mərdanov diplomların tanınması ilə bağlı yaradılmış yeni elektron sistemin təqdimatında bildirib.O qeyd edib ki, 26 saxta diplomun xarici ölkələrdən əldə edilməsi sübuta yetirilib: “Ekspert Qrupu tərəfindən şəxsi işlərin müzakirəsi nəticəsində 5637 müraciət müsbət həll edilib və onların sahiblərinə müvafiq şəhadətlərin verilməsi haqqında qərarlar qəbul edilib”. Nazir deyib ki, son illər ərzində ali təhsil almaq məqsədilə xarici ölkələrə gedən vətəndaşların sayı xeyli artıb. Onun sözlərinə görə, 2010-cu ildə diplomların tanınması ilə bağlı nazirliyə 1112, 2011-ci ildə 1234, 2012-ci ildə 1618 müraciət daxil olub: “Müraciətlər hazırda da daxil olur. Bununla əlaqədar təhsil sənədlərinin tanınması işi üzrə sektor tərəfindən vətəndaşların müraciətlərinə baxılması üzrə elektron xidmətin göstərilməsi zərurəti yaranıb”. Nazir bildirib ki, xaricdə təhsil almış şəxs Azərbaycanda bu və ya digər qurumda işləmək üçün diplomunu mütləq təsdiqlətməlidir. O bildirib ki, bu gün də xaricdə təhsillə bağlı valideynləri aldatmaq istəyən müəyyən işbaz insanlar var: “Elə insanlar var ki, müxtəlif vasitələrlə valideynləri aldadırlar, sövdələşirlər. Sonradan məlum olur ki, həmin ali məktəb öz dövlətində tanınmır. Biz də təbii ki, həmin diplomları tanımırıq”.
URL / WWW
http://kelam.az/news/a-6965.html