Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Xəbərlər » Xəbərlər » Elmar Məmmədyarov Kubanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
03.10.12 15:05

Xarici işlər naziri Elmar Məmmədyarov Kubanın Azərbaycana yeni təyin olunmuş səfiri Omar Senon Medina Kinteronu qəbul edib. XİN-nin mətbuat xidmətindən “KƏLAMİNFO”ya verilən məlumata görə, Elmar Məmmədyarov kubalı səfiri ölkəmizə səfir təyin olunması münasibətilə təbrik edib və ona fəaliyyətində uğurlar arzulayıb. Nazir əmin olduğunu bildirib ki, yeni səfirin fəaliyyəti iki ölkə arasındakı əlaqələrin inkişafına töhfə verəcək. Görüşdə Azərbaycan-Kuba münasibətlərinin inkişafı üçün potensialın olduğu və bu baxımdan qarşılıqlı səfərlərin təşkil olunmasının əhəmiyyəti qeyd olunub. Həmçinin iki ölkənin Xarici İşlər nazirlikləri arasında siyasi məsləhətləşmələrin aparılmasının vacibliyi vurğulanıb. Kubanın yeni səfiri Omar Kinetoro ölkəmizə səfir təyin olunmasından məmnun olduğunu diqqətə çatdırıb və ölkəsinin Azərbaycanla bütün sahələrdə əməkdaşlığı genişləndirmək əzmində olduğunu bildirib.
URL / WWW
http://kelam.az/news/a-6939.html