Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Xəbərlər » Xəbərlər » Azərbaycanda “Əlillərin hüquqları haqqında” Konvensiyanın 4-cü ili qeyd edilib
03.10.12 15:05

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və “Sosial Xidmətlər Təşəbbüsü” İctimai Birliyinin birgə təşkilatçılığı ilə BMT-nin “Əlillərin hüquqları haqqında” Konvensiyasının ratifikasiya olunmasının 4-cü ildönümünə həsr olunmuş Dəyirmi masa keçirilib. Nazirlikdən “KƏLAMİNFO”ya verilən məlumata görə, tədbirdə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin, aidiyyatı hökumət və qeyri-hökumət təşkilatlarının nümayəndələri iştirak edib. Dəyirmi masanı giriş sözü ilə açan Nazirliyin Əlillərin sosial müdafiəsi siyasəti şöbəsinin müdiri Vüqar Həsənov Azərbaycanda əlilliyi olan şəxslərin hüquqlarının müdafiəsi, onların maddi və mənəvi tələbatlarının ödənilməsinin dövlət siyasətinin prioritet istiqamətlərindən biri olduğunu vurğulayıb. Qeyd edib ki, əlilliyi olan şəxslərlə bağlı ölkə qanunvericiliyi beynəlxalq normalara uyğun xeyli təkmilləşdirilməklə, son illərdə 10-a yaxın yeni hüquqi normativ akt qəbul edilib, əlilliyi olan şəxslərin maddi təminatı daim gücləndirilib. Tədbirdə “Əlillərin hüquqları haqqında” Konvensiyadan irəli gələn ümumi öhdəliklərin yerinə yetirilməsi sahəsində mövcud vəziyyət, reallıqlar və qarşıda duran vəzifələr, müasir reabilitasiya modelləri və onun ölkəmizdə tətbiqi imkanları, reabilitasiya sahəsində xarici mütəxəssislərin iştirakı ilə aparılan qiymətləndirmə məsələləri geniş müzakirə edilib. Eyni zamanda, icra olunan təlim proqramları, əlilliyi olan şəxslərin səhiyyə xidmətlərinə çıxış imkanının təmin edilməsi istiqamətində görülən hüquqi tədbirlər, sosial infrastruktura çıxış istiqamətində mövcud maneələr və onun aradan qaldırılmasına dair texniki standartlar və təlimatların tətbiqi ilə bağlı müzakirələr aparılıb.
URL / WWW
http://kelam.az/news/a-6934.html