Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Xəbərlər » Xəbərlər » Hesablama Palatası bəzi qurumların gəlir və xərclərinin icrasına dair audit proqramlarının təsdiqi haqqında qərarlar qəbul edilib
10.02.10 19:27

Hesablama Palatası Azərbaycanın İsveçrə Konfederasiyasındakı səfirliyinin saxlanılması üçün dövlət büdcəsindən ayrılan vəsaitlərin proqnozlaşdırılması və icrası üzrə keçirilən auditin hesabatını təsdiq edib. Bu barədə məlumatı KƏLAMİNFO-ya Hesablama Palatasından veriblər. Həmçinin səfirlkdə dövlət rüsumlarının hesablanması və ödənilməsi üzrə keçirilən auditin nəticələrinə dair hesabat və rəy barədə müvafiq qərar qəbul olunub. Palatada həmçinin “Dövlət büdcəsinin mərkəzləşdirilən xərclərindən Bakı şəhəri üzrə Təhsil İdarəsinə ayrılan vəsaitlərin proqnozlaşdırılması, tərtibi və icrasına dair”, Nəqliyyat Nazirliyinin “Azəryolservis” ASC dövlət büdcəsindən investisiyalara yönəldilən vəsaitlərin həcmi, strukturu və vaxtında icrasına dair” və Dövlət Sosial Müdafiə Fondunun Mingəçevir şəhər şöbəsinin gəlir və xərclərinin icrasına dair Audit Proqramlarının təsdiq olunması haqqında müvafiq qərarlar qəbul edilib.
URL / WWW
http://kelam.az/news/a-693.html