Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Xəbərlər » Xəbərlər » Bahar Muradova ATƏT PA-nın payız sessiyasına gedir
02.10.12 19:17

Milli Məclis sədrinin müavini, ATƏT Parlament Assambleyasında Azərbaycan nümayəndə heyətinin rəhbəri Bahar Muradovanın başçılığı ilə parlament nümayəndə heyəti qurumun payız sessiyasının işində iştirak etmək üçün oktyabrın 3-dən 8-dək Albaniyanın Tirana şəhərinə səfər edəcək. Bu barədə məlumatı “KƏLAMİNFO”ya parlamentdən veriblər. Nümayəndə heyətinin tərkibinə Milli Məclisin İnsan hüquqları komitəsinin sədri Rəbiyyət Aslanova və deputat Azay Quliyev daxildirlər. Sessiya çərçivəsində əvvəlcə “ATƏT: sabitlik və təhlükəsizlik əsasında idarəetmə və inteqrasiyanın təşviqi” mövzusunda parlament konfransının keçirilməsi nəzərdə tutulur. Sonra sessiyada ATƏT regionunda milli-mədəni dəyərlərin müdafiəsi, maliyyə böhranına qarşı mübarizə, inkişafın stimullaşdırılmasında sərt iqtisadi siyasətin rolu və digər məsələlər müzakirə ediləcək. Nümayəndə heyətimizin üzvləri müzakirə edilən mövzularla əlaqədar öz fikirlərini bildirəcəklər.
URL / WWW
http://kelam.az/news/a-6928.html