Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Xəbərlər » Xəbərlər » “Azərenerji” ASC-nin prezidenti Etibar Pirverdiyev enerji sistemində baş verən qəza ilə bağlı açıqlama verdi
10.02.10 19:27

“Azərenerji” ASC-nin prezidenti Etibar Pirverdiyev ötən gün Azərbaycanın enerji sistemində baş verən qəza ilə bağlı açıqlama verib. Bu barədə məlumatı KƏLAMİNFO-ya “Azərenerji” ASC-nin mətbuat xidmətindən veriblər. E.Pirverdiyev Mingəçevirdən Abşeron yarımstansiyasına gələn xətlərin birində baş verən qəza nəticəsində gərginliyin artaraq stansiyaya daxil olan ikinci xətdə də qəza yaratdığını bildirib. “Həmin xətlər sıradan çıxdıqdan sonra Səngəçal stansiyasından Xırdalan yarımstansiyasına gələn xətlərdə də müəyyən problemlər yaranıb. Problemləri aradan qaldırmaq üçün “Azərenerji” işçiləri qəza baş verən yerlərdə işləyir. Mingəçevir xətləri isə artıq bərpa olunub”,-deyə E.Pirverdiyev qeyd edib. “Azərenerji” prezidenti həmçinin qəzanın baş verməsinə əsas səbəb kimi isə bir neçə gün əvvəl respublika ərazisində baş verən çovğun olduğunu bildirib. E.Pirverdiyev əlavə edib ki, çovğun zamanı “Azərenerji” naqillərin açılmasının qarşısını alsada, yaranmış zədələmələri aradan qaldıran zaman ciddi maneələr meydana gəlib. “1960-cı illərdə tikilən bu xətlərin şəhəri normal enerji ilə təmin etməyə gücü çatmır. Bununla bağlı Asiya İnkişaf Bankı ilə müqavilə imzalanıb. Mingəçevir xətlərinin davamı kimi iki xəttin tikilməsi nəzərdə tutulur. Bu xətləri çəkməyimiz isə böyük problemdir, xətt çəkmək üçün yol yoxdur, xətlərin altı tutulub. Üç gün bundan əvvəlki qəzaların aradan qaldırılmasında, qəzaların və gecikmələrin baş verməsində ən böyük səbəblərdən biri bizim xətlərə yanaşa bilməməyimizdir”,-deyə şirkət rəhbəri bildirib.
URL / WWW
http://kelam.az/news/a-692.html