Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Xəbərlər » Xəbərlər » Din xadimləri treninqə cəlb olunur
29.09.12 15:01

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi, İslam Konfransı Gənclər Forumu Avrasiya Regional Mərkəzi ilə birlikdə Azərbaycanın Şimal-Qərb bölgəsində fəaliyyət göstərən dini icma sədrləri, din xadimləri (imam və axundlar), ilahiyyatçılar, həmçinin ictimaiyyətin fəalları üçün 1-2 oktyabr tarixlərində Oğuz şəhərində “Dövlət-din münasibətləri və maarifləndirmə işi” mövzusunda seminar-treninq keçirəcək. Məlumatı “KƏLAMİNFO”ya DQİDK-nin mətbuat xidmətindən veriblər.Dövlət-din münasibətlərinin daha effektiv səviyyədə tənzimlənməsi, dini maarifləndirmə işinin təşkili və aparılması, eləcə də dini icmaların radikalizm meyllərinin qarşısının alınması və sosial problemlərin həlli prosesinə cəlb olunması məqsədilə keçiriləcək seminar-treninqin açılış mərasimində Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Elşad İskəndərov, Qafqaz Müsəlmanları İdarəsinin sədri Hacı Allahşükür Paşazadə, ölkə ictimaiyyəti, elmi dairələrin nümayəndələri iştirak edəcəklər. Seminar-treninqdə respublikanın 7 şəhər və rayonundan ümumilikdə 100-dən artıq nümayəndənin iştirakı və tədbir çərçivəsində müxtəlif mədəni proqramların təşkili nəzərdə tutulub. Mətbuat tədbirdə akkreditə olunduqdan sonra iştirak edə bilər. Tədbirdə akkreditə olmaq və tədbir haqqında daha ətraflı məlumat əldə etmək üçün DQİDK mətbuat katibinə müraciət etmək olar.
URL / WWW
http://kelam.az/news/a-6907.html