Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Xəbərlər » Xəbərlər » Qulu Novruzov: “Bizim ali məktəblər öz imkanlarını əcnəbilərə təqdim etməyə hazırdır”
29.09.12 15:01

“Müharibə şəraitində olan Azərbaycanda təhsil büdcəsinin hərbi büdcə ilə eyni olması ölkədə təhsilə verilən diqqətin göstəricisidir”. “KƏLAMİNFO” xəbər verir ki, bunları Bakıda keçirilən “Körpülərin salınması” adlı beynəlxalq konfransda Azərbaycan təhsil nazirinin müavini Qulu Novruzov bildirib.O qeyd edib ki, Azərbaycanda hazırda təhsillə bağlı 16 dövlət proqramı həyata keçirilir: “Minlərlə azərbaycanlı gənc bu proqramlar çərçivəsində xaricə təhsil almağa göndəriləcək”. Nazir müavini deyib ki, hazırda da azərbaycanlı gənclər dünyanın nüfuzlu ali məktəblərində təhsil almağa göndərilir və bu, daha da genişləndiriləcək: “Azərbaycan Avropa ölkələrindən olan gənclərin bizim ali məktəblərdə təhsil almasında maraqlıdır. Bizim ali məktəblər öz imkanlarını əcnəbilərə təqdim etməyə hazırdır”. Onun sözlərinə görə, hazırda xaricdə təhsil alan azərbaycanlı gənclərin çoxu Avropa ölkələrindədir: “Burada Almaniya xüsusi rol oynayır. Bu il 150-dən artıq azərbaycanlı gənc Almaniyada təhsil almağa göndərilib”.
URL / WWW
http://kelam.az/news/a-6905.html