Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Xəbərlər » Xəbərlər » BMT baş katibinin xüsusi məsləhətçisi: Azərbaycan idmanı böyük inkişaf yolundadır
28.09.12 21:17

Bu gün Bakıda keçirilən “Körpülərin salınması” konfransı öz işini “Sərhədsiz idman” adlı paneldə davam etdirib. “KƏLAMİNFO” xəbər verir ki, BMT baş katibinin “İdmanın inkişaf və sülh naminə” proqramının xüsusi məsləhətçisi Vilfird Lemke deyib ki, Azərbaycan idmanı böyük inkişaf yolundadır. O qeyd edib ki, ölkənin olimpiya oyunlarında 10 medal qazanması yüksək nəticədir: “İdman həqiqətən də körpülərin salınmasında, xalqlar arasında münasibətlərin güclənməsində vacib rol oynayır”. Milli Olimpiya Komitəsinin baş katibi Ağacan Əbiyev isə bildirib ki, Azərbaycanda digər idman sahələri ilə bərabər boks da inkişaf etməkdədir: “Bu il ölkədə keçirilmiş boks üzrə dünya çempionatında 113 ölkədən 590 idmançı iştirak edib ki, bu da Ginnesin rekordlar kitabına layiq bir göstəricidir”.
Gənclər və idman nazirinin müavini İsmayıl İsmayılov Azərbaycan rəhbərliyinin idmana böyük qayğı göstərdiyini deyib: “Hazırda ölkədə 35 olimpiya kompleksi fəaliyyət göstərir”.
AFFA-nın baş katibi Elxan Məmmədov isə Azərbaycanda qadın futbolunun inkişafından, ölkədə keçirilən 17 yaşa qədər olan qadınlar arasında dünya çempionatından danışıb.
Tədbir xarici və yerli rəsmilərin müzakirəsi ilə davam edib.
URL / WWW
http://kelam.az/news/a-6900.html