Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Xəbərlər » Xəbərlər » İsaxan Vəliyev: Parlament hadisəyə hüquqi qiymət verməlidir
28.09.12 21:17

“Biz hamımız deyirik ki, Ermənistan  Azərbaycana qarşı soyqırımı cinayəti törədib. Gəlirik Xocalının üzərində dayanırıq. Mən bu fikirlərlə razıyam. Bəli, Ermənistan Azərbaycana qarsı qatı cinayət  törədib və dünyanın bir qisim ölkəsi də bunu tanıyır. Ancaq buna hüquqi qiymət verilməlidir. Bunun üçün isə Azərbaycanın məhkəmə sistemində bu işə baxılmalıdır”. Bu fikirləri “KƏLAMİNFO”a müsahibəsində AMEA Fəlsəfə, Sosiologiya və Hüquq İnstitutunun  Cinayət hüququ və cinayət prosesi şöbəsinin müdiri İsaxan Vəliyev deyib.  İ.Vəliyev bildirib ki, Azərbaycan məhkəmələrində Ermənistanın Azərbaycana qarşı törətdiyi soyqırımına baxılmalı, istintaq başa çatmalı, bu hadisələrdəki günahkarların konkret olaraq adları və soyadları çəkilməlidir: “Bundan sonra, qanunvericilikdə yazıldığı kimi, əgər maraqlı tərəf narazıdırsa, yəni Ermənistan tərəfi desə ki, soyqırımı olmayıb, qoy  bizi beynəlxalq məhkəməyə versin. Onlar məhkəmənin qərarından şikayət edə bilərlər”. İ.Vəliyev deyib ki, bu prosesdən sonra soyqırımı cinayətinə siyasi qiymət verilməli, buna parlament münasibət bildirməlidir: “Parlament də bildirməlidir ki, bu həqiqətən soyqırımıdır”.
Onun sözlərinə görə, növbəti proses isə nəticənin dünya çapına çıxarılmasıdır: “Fransa qondarma erməni soyqırımını gündəmə gətirdi. Ancaq bu işə hüquqi qiymət verilməsindən başlamadıqlarına görə alınmadı”. İ.Vəliyev deyib ki, Ermənistanın  Azərbaycana qarşı   törətdiyi soyqırımı Baş Prokurorluqda istintaq olunur və çox intensiv iş gedir: “Xocalı soyqırımının ildönümü ərəfəsində  bütün hüquqşünaslar bu məsələyə cəlb olunur. Müxtəlif elmi konfranslar və simpoziumlar  keçirilir. Ancaq bu işə hüquqi qiymətin verilməsi tələb edilməlidir. Düzdür, İnterpol vasitəsilə axtarış verilib. Mənə elə gəlir ki, o adamlar tutulduqdan sonra onların haqında tədbir görüləcək. Ancaq mən düşünürəm ki, hətta bizdə belə bir hüquqi prosedur yoxdursa, Cinayət-Prosessual və Cinayət qanunvericiliklərində dəyişikliklər etmək lazımdır”. Onun sözlərinə görə, həmin şəxslərin iştirakı olmadan belə bu işlərə baxılmalı, onlar haqqında məhkəmə hökmü çıxarılmalı, sonra bizim parlamentdə hadisəyə hüquqi qiymət verilməlidir. Bu işlərin həyata keçirilməməsinə hansı məsələlərin maneə olduğuna gəlincə, İ.Vəliyev belə qənaətdədir  ki, bir qisim proseslər var ki, onu tam yerinə yetirmək mümkün olmayıb: “Xocalı bu dəqiqə düşmən əlindədir. Ora getmək lazımdır. Hadisə yerinə baxılmalı və müayinələr aparmaq lazımdır. Daha çox sübutlar toplamaq lazımdır. Mənə elə gəlir ki, görünür bu məsələ bəzi hadisələrə hüquqi qiymət verilməsini ləngidir”.
URL / WWW
http://kelam.az/news/a-6898.html