Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Xəbərlər » Xəbərlər » “Müsəlmanların məsumiyyəti” filminin prodüseri həbs edilib
28.09.12 21:17

Yaxın Şərqdə üsyanlara səbəb olan filmin prodüseri Nakoula Basseley Nakoula həbs edilib. “KƏLAMİNFO” BBC-yə istinadən xəbər verir ki, federal hakim Suzan Seqal daha əvvəl dələduzluq ittihamıyla məhkum olunan, kompyuter və internetdən istifadə etməsi qadağan edilən 55 yaşlı Nakoulanın şərti həbs qaydalarını pozduğunu bəyan edib. Prokuror Robert Dodqalın onun qaça biləcəyinə dair xəbərdarlığından sonra Nakoula həbsə göndərilib.
14 dəqiqəlik “Müsəlmanların məsumiyyəti” klipini çəkən Nakoula 2010-cu ildə dələduzluq etmə ittihamıyla mühakimə olunub. Onun haqqında 790 min dollarlıq maliyyə və 21 aylıq həbs cəzası qərarı çıxarılıb.
URL / WWW
http://kelam.az/news/a-6896.html